İtaliyada son 24 saat içində, koronavirusdan 168 nəfər həlak oldu
İtaliyada son 24 saat içində, koronavirusdan 168 nəfər həlak oldu

İtaliyada son 24 saat içində, koronavirusdan 168 nəfər həlak oldu.

Bu haqda məlumatı “Evronyus” yayır.

Avropa ölkəsində koronavirusdan ölənlərin sayı beləliklə 631-ə çatdı. İnfeksiaya yoluxanların sayı 11149-dur, 1004 pasient isə, müalicə nəticəsində sağlamlaşdı.

Koronavirusa görə, İtaliya “Qırmızı zona elan edildi”.

Ölkədə bütün kütləvi tədbirlər ləğv olundu.

Vətəndaşlar bayıra sadəcə təcili işlər üçün çıxırlar.