İtaliyada mağaza oğurluğu zamanı bir Gürcüstan vətəndaşı həbs edildi
İtaliyada mağaza oğurluğu zamanı bir Gürcüstan vətəndaşı həbs edildi

İtaliyada Monsumano komunasında mağaza soymağa çalışarkən, 30 yaşlı Gürcüstan vətəndaşı həbs edildi.

İtalyan medyası yazır ki, adam mağazadan alkohol içkisini oğurlamağa çalışırdı, ancaq mağaza polisi tərəfindən yaxalandı.

İstintaqın məlumatın görə, həmin vətəndaş bu hadisədən öncə də oğurluğa görə, məsuliyyətə cəlb olunmuşdu.

Həmçinin məlum oldu ki, onun İtaliyada qalma müddəti də başa çatmışdı.

Yaxalanan şəxs hazırda ilkin təcridxanaya yerləşdirilib.