İtaliyada Gürcüstan vətəndaşını polisə müqavimət ittihamı ilə yaxaladılar
İtaliyada Gürcüstan vətəndaşını silahın qanunsuz gəzdirilməsi və polisə müqavimət göstərilməsi ittihamı ilə yaxaladılar. İtaliya mediasının məlumatına görə, 21 yaşlı kişini polis Neapolda yaxaladı.
İstintaqın məlumatına görə, Gürcüstan vətəndaşı bir neçə şəxs ilə birlikdə, avtobus dayanacağında polisin diqqətini cəlb etdi. Hüquqmühafizəçilərin yaxınlaşması zamanı, o, qaçmağa cəhd göstərdi. Lakin onu polis yaxalaya bildi.
Onun üst-başının yoxlanılması zamanı, üzərində Belçikada istehsal olunmuş odlu silah aşkar olundu. Gürcüstan vətəndaşını artıq həbsxanaya yerləşdiriblər.