İtaliya Ukraynaya "Samp-T" hava hücumundan müdafiə sistemini əhatə edən yeni hərbi yardım paketi hazırlayır
İtaliya Ukraynaya "Samp-T" hava hücumundan müdafiə sistemini əhatə edən yeni hərbi yardım paketi hazırlayır

 
İtaliya Ukraynaya “Samp-T” hava hücumundan müdafiə sistemini əhatə edən yeni hərbi yardım paketi hazırlayır.

Bu haqda İtaliyanın xarici işlər naziri Antonio Taiani Berlində Ukraynanın bərpası ilə bağlı konfransda müzakirələr zamanı bildirib.

“Samp-T” eyni vaxtda bir çox ballistik raketi məhv etməyə qadir olan Fransa-İtaliya sistemidir.

Ötən il İtaliya və Fransa bu tip bir sistemi Kiyevə verib.

“İlk növbədə, Dmitro Kulebanın Ukraynanın yenidən qurulmasının ilk strategiyasının infrastrukturun və binaların hava hücumundan müdafiə sistemləri ilə qorunması olduğunu deməsiylə razıyam. Məhz bu səbəbdən, sizə bildirmək istərdim ki, İtaliya Ukraynanın hava hücumundan müdafiəsi üçün “Samp-T” sistemi ilə yeni hərbi yardım paketi göndərməyə hazırdır”- deyə Taiani açıqlayıb.

Həmçinin, İtaliyanın xarici işlər naziri Ukraynaya infrastruktur, dəmir yolu, səhiyyə, kənd təsərrüfatı və minadan təmizləmə üçün istifadə ediləcək 140 milyon avroluq paketin ayrıldığını açıqlayıb.