İtaliya səfiri Rusiya Xarici İşlər Nazirliyinə çağırılıb
İtaliya səfiri Rusiya Xarici İşlər Nazirliyinə çağırılıb

İtaliya səfiri Rusiya Xarici İşlər Nazirliyinə çağırılıb. Rusiya hökuməti Ukraynanın Kursk vilayətində işğal etdiyi ərazidən hərbi əməliyyatı işıqlandıran İtaliyanın ictimai yayımı olan RAI-nin müxbirini sərhədi qanunsuz keçməkdə ittiham edir.

Nazirlikdən verilən məlumata görə, “Ukraynalı döyüşçülərin Kursk vilayətində kriminal terror aktını işıqlandırmaq üçün Rusiya Federasiyası ərazisinə qanunsuz daxil olmuş İtaliyanın dövlət teleradio şirkətinin RAI-nin çəkiliş qrupunun hərəkətləri ilə bağlı səfirə kəskin etiraz edilib”. Agentliyin qiymətləndirməsinə görə, italiyalı müxbirlər Rusiya qanunvericiliyini və jurnalist etikasını kobud şəkildə pozublar.

İtaliya Xarici İşlər Nazirliyinin Reuters agentliyinə verdiyi məlumata görə, İtaliya səfiri Sesiliya Piccioni Rusiya hakimiyyətinə izah edib ki, RAI televiziya şirkəti və onun çəkiliş qrupları öz fəaliyyətlərini tamamilə müstəqil şəkildə planlaşdırırlar.

RAI televiziya şirkəti Ukrayna hərbçiləri tərəfindən işğal olunmuş Suji şəhərindən reportaj hazırlayan ilk xarici media orqanı olub.