İtaliya nəhayətki Gürcüstandan keçən və təbii qazı İtaliyaya ötürən boru layihəsinə razılıq verdi.
İtaliyanın baş naziri Trans Adriatik boru kəmərinin (TAP) tikintisi üçün nəhayətki öz razılığını bildirdi. Bununla bağlı məlumatı Reuters və digər kütləvi informasiya vasitələri yayırlar. Cuzepe Konte qeyd edib ki, qaz kəmərinin tikintisinə mane olmaq İtaliyaya on milyardlarla avroya başa gələ bilər.
“İndi əvvəlki hökumət tərəfindən planlaşdırılan və müqavilə öhdəliyinə malik olan bu layihəyə müdaxilə etmək artıq mümkün deyil”, – deyə İtaliyanın hökumət rəhbəri bildirib.
Transadriatik qaz kəməri vasitəsilə Azərbaycandan təbii qaz Avropaya nəql olunacaq. Boru kəməri Gürcüstan , Türkiyə ,Yunanıstan, Albaniya və Adriatik dənizindən keçməklə İtaliyaya ötürüləcək.
TAP-ın inşasının 2020-ci ildə yekunlaşdırılacağı və elə həmin ildə Azərbaycan qazının Avropaya çatdırılacağı nəzərdə tutulur.