İtaliya mediasının məlumatına əsasən, Olaf Şolts Ukrayna ərazilərinin bir hissəsinin güzəştini də nəzərdə tutan Ukraynada yeni sülh planı hazırlayır
İtaliya mediasının məlumatına əsasən, Olaf Şolts Ukrayna ərazilərinin bir hissəsinin güzəştini də nəzərdə tutan Ukraynada yeni sülh planı hazırlayır

 
İtaliyanın “La Repubblica” qəzeti xəbər verir ki, Almaniyanın kansleri Olaf Şolts Ukraynada münaqişənin həlli üçün öz planını hazırlayır. Almaniya hökumətinə və Sosial-Demokrat Partiyasına yaxın mənbənin məlumatına əsasən, Şoltsun planı ola bilsin yeni “Minsk müqaviləsi”nə oxşar olsun və Ukrayna ərazilərinin bir hissəsinin Moskvaya güzəştə gedilməsini də nəzərdə tutsun.

İtaliya nəşrinin məlumatına əsasən, regional və Avropa seçkilərindəki uğursuzluqdan sonra Almaniyanın kansleri öz mövqelərini möhkəmləndirmək üçün “Ukrayna kartı ilə oynamaq” istəyir. Nəşr onu da qeyd edir ki, müxalifət “Xristian-Demokratik İttifaqı” da onu münaqişəyə son qoymaq yollarını axtarmağa sövq edir.

Məlumat üçün bildirək ki, bundan əvvəl televiziya müsahibəsində Şolts Ukraynada münaqişənin sülh yolu ilə həllini müzakirə etməyin vaxtının yetişdiyini demişdi. Onun fikrincə, Ukraynada böhranın həlli üçün Rusiyanın da iştirak etməli olduğu yeni sammitin keçirilməsi zəruridir.

Qeyd edilməlidir ki, ötən həftə Şoltsla görüşən, daha sonra Çernobio Forumuna İtaliyaya gedən Ukraynanın Prezidenti Volodimir Zelenski müəyyən plan hazırladığını bəyan edib. O, bu planı ABŞ-ın hazırkı prezidenti Co Bayden və ABŞ prezident seçkilərinin hər iki namizədi – Donald Tramp və Kamala Harrisə təqdim edəcəyini bildirib.