İtaliya mediası-Gürcüstanın 8 vətəndaşı Salerno şəhərində mənzillərin qarət edilməsi ittihamı ilə saxlanılıb
İtaliya mediası-Gürcüstanın 8 vətəndaşı Salerno şəhərində mənzillərin qarət edilməsi ittihamı ilə saxlanılıb

 
İtaliyada Gürcüstanın 8 vətəndaşı mənzillərin qarət edilməsi ittihamı ilə saxlanılıb. Məlumatı İtaliya mətbuatı ölkənin Daxili İşlər Nazirliyinə istinadən yayır.

Gürcüstan vətəndaşları Salerno şəhərində saxlanılıblar. Yayılmış məlumatlara görə, onların əksəriyyəti ölkədə qeyri-qanuni olub.

“Bu gün Salernoda dövlət polisinin həyata keçirdiyi və paytaxt prokurorluğunun koordinasiya etdiyi istintaqın bir hissəsi olan əməliyyatdan məmnunluq və minnətdarlıq hissi keçirirəm. Nəticədə mənzillərin soyğunçuluğu üzrə ixtisaslaşmış qrupun üzvləri saxlanılıb”-deyə İtaliyanın daxili işlər naziri Matteo Pantedosi bildirib.