İtaliya hökuməti siniflərdə xarici şagirdlərin sayını məhdudlaşdıracaq, məktəblərdə isə burqa və nikab geyinilməsini qadağan edəcək qanun layihəsi hazırlayır

18:51, 20.09.2026
Screenshot

Screenshot

İtaliya hökuməti siniflərdə xarici şagirdlərin sayını məhdudlaşdıracaq, məktəblərdə isə burqa və nikab geyinilməsini qadağan edəcək qanun layihəsi hazırlayır.

İtaliya Baş naziri Corcia Meloninin bildirdiyinə görə, qanun layihəsi yaxın gələcəkdə Nazirlər Şurasına təqdim olunacaq.

Onun sözlərinə görə, qanun layihəsi həmçinin, uşaqları İtaliya məktəb sisteminə inteqrasiya olunmaqda ciddi çətinlik çəkən xarici şagirdlərin valideynləri üçün də italyan dilinin məcburi şəkildə öyrənilməsini nəzərdə tutur.

“Yaxın vaxtlarda Nazirlər Şurasının iclasına sinifdə xarici şagirdlərin maksimum sayını qanunla müəyyən edəcək qanun layihəsi təqdim olunacaq. O, həmçinin uşaqları məktəb sisteminə inteqrasiya olunmaqda ciddi çətinlik çəkən xarici şagirdlərin valideynlərindən italyan dilini öyrənməyi tələb edəcək və məktəblərdə burqa ilə nikabın geyinilməsini qadağan edəcək”, – Meloni bildirib.

Meloni bir sinifdə neçə xarici şagirdin olmasına icazə veriləcəyini dəqiqləşdirməyib.

Bununla yanaşı, İtaliyanın baş nazirinin bildirdiyinə görə, məktəblərdə burqa və nikab da daxil olmaqla, üzü tamamilə örtən geyimlərin geyinilməsi qadağan edilməlidir.

“Məktəbdə üz açıq olmalıdır və İtaliyada heç kim, əsl və ya uydurma ənənə adı altında gənc qadının özünü örtməli olduğuna qərar verə bilməz”, – Meloni bildirib.

“Reuters”in yazdığına görə, İtaliya məktəblərindəki şagirdlərin 11.6%-nin İtaliya vətəndaşlığı yoxdur.

Oxşar