İtaliya Avropa İttifaqının qeyri-üzv ölkələri üçün sərhədlərini açmayacaq
İtaliya Avropa İttifaqının qeyri-üzv ölkələri üçün sərhədlərini açmayacaq

İtaliya Avropa İttifaqının qeyri-üzv ölkələri üçün sərhədlərini açmayacaq, – bu barədə məlumatı “La Republika” nəşriyyatı yayır.

Ölkənin Səhiyyə Naziri Roberto Speranza bəyan edir ki, covid-19-la bağlı vəziyyət hələdə ağırdır və İtaliyalılar tərəfindən pandemiyaya verilən qurbanlar boşa keçməməlidir.

Nəşriyyatın məlumatına görə, Avropa İttifaqının qyeri-üzv ölkələrinin vətəndaşları, İtaliyaya Şengen zonasından keçdikləri təqdirdə, iki həftəlik karantin zonasına yerləşdiriləcəklər.

“La Republika” yazır ki, polis sərhədlərdən başqa, mehmanxanaları da yoxlayacaq.