İsveçrənin medikamentlərin tənzimlənmə idarəsi "Fayzer" və "Biontek" vaksinalarının istifadəsi üçün izin verdi
İsveçrənin medikamentlərin tənzimlənmə idarəsi koronavirusa qarşı “Fayzer” və “Biontek” vaksinalarının istifadəsi üçün izin verdi.
İdarənin bəyanatında deyilir ki, dəyərləndirməyə əsasən, vaksinanın ikinci inyeksiyasından yeddi gün sonra, preparatın effektivliyi 90 faizdən artıq olur.
İsveçrənin tənzimləmə şirkəti həmçinin, “Moderna” və “Astrazeneka” şirkətlərinin vaksinalarını da müzakirə edəcək.
“Fayzer” vaksinası istifadə üçün artıq Böyük Britaniyada, ABŞ-da, Kanadada, Meksikada, Bahreyndə və Səudi Ərəbistanda təsdiqlənib.