İsveçrə parlamenti ölkənin baş naziri Stefan Lopvenə etibarsızlıq elan etdi.
Sosiyal-demokrat Lopvenin istefasını “İsveçrə demokratları” adlı milliyətçi partiya dəstəklədi.
Baş nazirin əleyhinə səsi 204 deputat, leyhinə isə, 142 verdi.
Yeni liderləri İsveçrə parlamentinin yeni spikeri təqdim etməlidir. Qeyd olunan proses bir neçə həftə davam edəcək.
Sentyabrın 9-da parlament seçkilərində Stefan Lopvenin solçu- sentrist bloku 144 yer aldı, ancaq daha əvvəlki seçkilərlə müqayisədə 15 yeri itirdi. İkinci yerə isə, 143 səslə müxalifət sağçı-sentrist alyansı çıxdı.
Müxalifət bloku da əvvəlki seçkilərlə müqayisədə 14 yer itirdi.