İsveçrəli idmançının atası Cənubi Koreyaya velosipedlə Gürcüstanı keçərək getdi
İsveçrəli idmançının, Mişa Qaserin atası Cənubi Koreyaya, Qış Olimpiadasına velosipedlə getdi. Bunun üçün o, 17 000 kilometri dəf edəsi oldu, – Yahoo Sports yazır.
55 yaşlı Qvido Huveler səyahəti həyat yoldaşı ilə birlikdə 2017-ci ildə, fevralın ikisində başladı. İtaliya, Xorvatiya, Monteneqro, Kosovo, Serbiya, Bolqarıstan, Türkiyə, Gürcüstan, Ermənistan, İran, Azərbaycan, Özbəkistan, Tacikistan, Qırğızıstan, Qazaxıstan, Tayland, Laos və Kambocanı keçdi. Huliver təyyarədən son məsəfadə istifadə etdi. Çünki Çin və Şimalı Koreyada velosipedlə hərəkət etmək çətinliklərlə bağlı olacaqdı.
Velosəyahərtin fotolarını İsveçrəli “İnstagramda” dərc etdirdi. Onlar arasında Batumi və Tbilisidə çəkilən forolar da var.