İsveçrədə neytrallığın sərtləşdirilməsi ilə bağlı referendum keçirilir
İsveçrədə neytrallığın daha sərt şəkildə müəyyən edilməsi ilə bağlı referendum keçirilir.
Referendumun nəticəsi İsveçrənin gələcəkdə Şimali Atlantika Alyansı ilə necə əməkdaşlıq edəcəyini və Rusiyaya qarşı sanksiyalar tətbiq edə bilib-bilməyəcəyini müəyyən edəcək.
İsveçrə vətəndaşları “İsveçrənin neytrallığını qorumaq üçün xalq təşəbbüsünü dəstəkləyirsinizmi?” sualına cavab verməlidirlər.
Referendum təşəbbüsü ilə sağçı “Xalq Partiyası” çıxış edib.
Partiya nümayəndələri iddia edirlər ki, İsveçrənin Ukraynaya təcavüzü səbəbindən Moskvaya qarşı iqtisadi sanksiyalar tətbiq etməsindən və Şimali Atlantika Alyansı ilə daha sıx əlaqələr qurmasından sonra ölkənin neytrallıq prinsipi əhəmiyyətli dərəcədə genişlənib. Təşəbbüs konstitusiyada İsveçrənin heç bir hərbi və ya müdafiə ittifaqına qoşulmaması, həmçinin xaricdə baş verən hərbi münaqişələrdə iştirak etməməsi barədə öhdəliyin əks olunmasını nəzərdə tutur. Bundan əlavə, təşəbbüsə əsasən, Birləşmiş Millətlər Təşkilatı tərəfindən müvafiq qərar qəbul edilmədiyi təqdirdə, İsveçrə münaqişədə iştirak edən dövlətlərə qarşı heç bir iqtisadi və ya diplomatik sanksiya tətbiq etməməlidir.
Bundan əvvəl İsveçrə hökuməti neytrallığın sərtləşdirilməsi ideyasını rədd etdi. Parlamentin hər iki palatası da təşəbbüsün əleyhinə səs verib.
Məlumat üçün bildirək ki, İsveçrənin neytrallığı beynəlxalq səviyyədə 1815-ci ildən bəri tanınsa da, onun həyata keçirilməsinin konkret formulu bu günə qədər mövcud deyil.