İsveçrədə “İslam Dövləti” ilə əlaqədə şübhəli bilinən yeniyetmələr saxlanılıb

14:00, 14.04.2024

İsveçrədə “İslam Dövləti” terror qruplaşması ilə əlaqədə olmaqda şübhəli bilinən yeniyetmələr saxlanılıb. Yerli medianın məlumatına görə, Şaffhauzen kantonunda saxlanılan gənclər terror aktı hazırlamaqda şübhəli bilinirlər.

İsveçrə prokurorluğu saxlanılan şəxslərin əvvəllər Almaniyada saxlanılmış, islamçı motivlərlə terror aktı təşkil etməyi planlaşdıran yeniyetmələrlə əlaqədə olduğunu istisna etmir.

Almaniya hüquq-mühafizə orqanlarının əməkdaşlarının bildirdiyinə görə, 15 və 16 yaşlı gənclər qəsdən adam öldürmələr və dövlətin təhlükəsizliyinə təhlükə yaradacaq ciddi zorakılıq aktları hazırlayırdılar. Gənclərin sosial şəbəkələrdə öz planlarından danışdıqları barədə məlumatlar yayılır. Sinaqoqlara və kilsələrə, eləcə də polis məntəqələrinə hücumlar müzakirə edilib.

Dortmund, Düsseldorf və Köln şəhərləri hücumun ehtimal olunan hədəfləri kimi göstərilib.

Oxşar