İsveçrə Səfirliyi - Rusiya maraqları bölməsinə, rus diplomatlarının qovulması barəsində Gürcüstan xarici idarəsinin notası artıq çatdırıldı
İsveçrə Səfirliyi - Rusiya maraqları bölməsinə, rus diplomatlarının qovulması barəsində Gürcüstan xarici idarəsinin notası artıq çatdırıldı

Rusiya maraqları bölməsinə, rus diplomatlarının qovulması barəsində Gürcüstan xarici idarəsinin notası artıq çatdırıldı, – Bu barədə Birinci Kanala İsveçrə Səfirliyindən bildirdilər.

İsveçrə Səfirliyindən bəyan etdiklərinə görə, qeyd olunan tələb İsveçrənin, Rusiya maraqlarını Gürcüstanda və Gürcüstan maraqlarını Rusiyada təmsil etmək mandatına təsir etməyəcəkdir.

“İsveçrə Səfirliyi, rus diplomatlarının qovulması barəsində Gürcüstan xarici idarəsinin notasını qəbul etdi və Rusiya maraqları bölməsinə artıq çatdırıldı. Qeyd olunan tələb İsveçrənin, Rusiya maraqlarını Gürcüstanda və Gürcüstan maraqlarını Rusiyada təmsil etmək mandatına təsir etməyəcək”, – İsveçrə Səfirliyi məlumatında deyilir.

Gürcüstan, İsveçrə Səfirliyinin Rusiya maraqları bölməsinin əməkdaşını ölkədən qovur.

Gürcüstan Xarici İşlər Nazirliyi İsveçrə Səfirliyinin Rusiya maraqları bölməsinin əməkdaşına Gürcüstan ərazisini tərk etmək üçün bir həftəlik vaxt verir.

Gürcüstan xarici idarəsinin bəyanatına uyğun olaraq, qərar Sergey Skripalinin zəhərləndirilməsi faktına aiddir.

Almaniya, Latviya, Litva, Estoniya, Polşa, Çexiya, Fransa, Hollandiya, İtaliya, Danimarka rus diplomatlarını qovan Avropa İttifaqı ölkələridir.