İsveçrə Roma Papasını Qlobal Sülh Sammitinə dəvət edib
İsveçrə Roma Papasını Qlobal Sülh Sammitinə dəvət edib

 
İsveçrə Roma Papasını Qlobal Sülh Sammitinə dəvət edib. Bu haqda İsveçrənin Prezidenti Viola Amerdi mediaya müsahibəsində danışıb.

Viola Amerdi İtaliyaya səfəri çərçivəsində Roma Papası ilə görüşüb.

“Biz Ukraynadakı müharibə və dünyanın digər münaqişə bölgələri haqqında danışdıq. Vatikan sülh konfransına müsbət yanaşır” – İsveçrənin Prezidenti qeyd edib.

Medianın məlumatına əsasən, İsveçrə sammitdə iştirak üçün Braziliya, Hindistan, Çin və Cənubi Afrikaya dəvət göndərib.

Qlobal Sülh Sammiti iyunun 15-16-da İsveçrənin Bürqenstok şəhərində keçiriləcək.