İsveçrə Milli Şurasının prezidenti - İsveçrə Gürcüstanı dəstəkləməyə davam edəcək, biz Gürcüstanı beynəlxalq səviyyədə tanınmış sərhədlər daxilində dəstəkləyirik
İsveçrə Milli Şurasının prezidenti - İsveçrə Gürcüstanı dəstəkləməyə davam edəcək, biz Gürcüstanı beynəlxalq səviyyədə tanınmış sərhədlər daxilində dəstəkləyirik

 

Biz Gürcüstanla bağlı məsələlərdə daha fəal iştirak etmək istəyirik, 2022-2025-ci illər üçün proqramımız Gürcüstanın İsveçrə üçün nə qədər əhəmiyyətli olduğunu göstərir – bu barədə İsveçrə Konfederasiyasının Milli Şurasının prezidenti İren Kelin bildirib.

O, Gürcüstan və İsveçrə arasında vacib olan sıx münasibətlərin olduğunu bildirib.

“İlk növbədə, İsveçrə və Gürcüstan parlamentləri arasında əlaqələri yaxşılaşdırmaq və inkişaf etdirmək üçün Tbilisidə olmağımıza şadam. Gürcüstan parlamentinin sədri ilə görüşümüz oldu. Biz müxtəlif prioritetlərdən, indi kifayət qədər çətin dövrlərdə yaşamalı olduğumuzdan və belə vaxtlarda parlamentari olmağın nə demək olduğundan danışdıq. Diplomatik münasibətlərimizin 30 illiyini qeyd etdiyimiz üçün səfərimiz xüsusilə vacibdir. Gürcüstan və İsveçrə arasında münasibətlər istər siyasi, istər iqtisadi, istərsə də sivil səviyyədə çox yaxındır. Qeyd etmək istərdim ki, ötən ilin oktyabrında iki ölkə Paris Sazişinin altıncı maddəsinin ikinci bəndində nəzərdə tutulmuş, ətraf mühitin mühafizəsi məsələlərinə aid olan sazişi imzaladı. Biz Gürcüstanla bağlı məsələlərdə daha fəal iştirak etmək istəyirik, 2022-2025-ci illər üçün proqramımız Gürcüstanın İsveçrə üçün nə qədər əhəmiyyətli olduğunu göstərir” – deyə Kelin bildirib.

İsveçrə Konfederasiyasının Milli Şurasının prezidenti bildirib ki, İsveçrə Gürcüstana həm peşəkar inkişaf, həm də yeni iş yerlərinin yaradılması, münaqişələrin həlli, ekoloji problemlərin həlli yollarının tapılması baxımından bundan sonra da dəstək verəcək.

“Bildiyiniz kimi, İsveçrə hər iki dövlətin tələbi ilə danışıqlarda və ya dialoq alətində iştirak edir. İsveçrə beynəlxalq səviyyədə tanınmış sərhədlər daxilində Gürcüstanı dəstəkləyir. Demokratik tarazlığın və sülhün nə qədər kövrək olduğundan danışdıq. Biz Gürcüstanın hərbi əməliyyatların iqtisadi və ya digər nöqteyi-nəzərdən göstərə biləcəyi təsirləri bizdən yaxşı bildiyi faktını başa düşürük. Bu çətin dövrlərdə ortaq dəyərə diqqət yetirmək vacibdir. Pandemiyadan sonra hamımız yaxşı bilirik ki, Ukraynada hərbi əməliyyatlar gedir və bu, təkcə Avropaya və ölkəmizə deyil, ümumilikdə dünyaya ciddi təsir göstərib. Biz bu məsələlər üzərində işləməliyik və ekoloji, iqlim məsələlərində səylərimizi davam etdirməliyik. Biz bir olmalıyıq. Bəzi məsələlərdə razılığa gələ bilməsək də, ortaq həll yolu tapmalıyıq, ümumi dəyərləri, ədaləti, insan haqlarını unutmamalıyıq və bütün bu fundamental hüquqlar həm Gürcüstanda, həm də İsveçrədə mənəvi kompasımız olmalıdır”-deyə Kelin açıqlayıb.