İsveçrə Gürcüstanın kovid pasportlarını tanıdı
İsveçrə Gürcüstanın kovid pasportlarını tanıdı. Bu barədə məlumatı İsveçrənin Gürcüstandakı səfirliyi yayıb.
İsveçrə Federal Səhiyyə Departamentinin saytında dərc olunan məlumata görə, İsveçrənin kovid pasportları tanınan ölkələr siyahısına Gürcüstan da daxildir.
Bununla belə, agentlik səyahətçilərə xəbərdarlıq edir ki, İsveçrəyə gəldikdən sonra pasportla birlikdə koronavirus testindən keçmək məcburi olaraq qalır.