İsveçrə Dövlət Naziri - İsveçrədən sığınacaq istəyən hər bi gürcü rədd cavabını alacaq və bunu Gürcüstana vizaliberalizasiyayı qorumağa yardım üçün edəcəyik
Gürcüstan vizaliberalizasiyaya layiqdir, vətəndaşları isə, Şengen zonasına vizasız səyahət edə bilməlidirlər və biz bunu başından bəri dəstəkləyirdik, – bu barədə Gürcüstanda səfərdə olan İsveçrə Dövlət Naziri Mario Qatiker bugün keçirilən mətbuat konfransında bəyan etdi.
Bununla yanaşı, İsveçrənin Dövlət Naziri qeyd etdi ki, məhz vizaliberasiyanın qorunması üçün, belə tədbirlər görüləcək və İsveçrədən sığınacaq istəyən hər bir gürcü rədd cavabını alıb, vətəninə qaytarılacaq.
Həmçinin, mətbuat konfransında qeyd olundu ki, sentyabrın 16-da, Gürcüstanın Daxili İşlər Naziri Vaxtanq Qomelauri ilə, iki ölkələr arasında nəzarətsiz miqrasiyanın aradan qaldırılması ilə bağlı əməkdaşlıq deklarasiyası imzalandı.
Qeyd edək ki, 2018-ci ildə, 2016-cı il ilə müqayisədə, İsveçrədən sığınacaq istəyənlərin göstəricisi 87 faiz ilə artıb.
Onlardan 9 faizinə qaçqın statusu verilib.
Qatikerin dediyinə görə, İsveçrədən sığınacaq istəyən Gürcüstan vətəndaşlarının sayının artması problemdir.
“Bizi narahat edən odur ki, 2016-cı ildə, bizə 2000 sığınacaq tələbi daxil oldu, hansılarının sığınacaq istəmələrinin konkret səbəbi belə olmayıb. Təbii ki, heç bir tələbi qane etmədik” – dedi Qatiker.