İsveçrə Aleksandr Lukaşenkonun Maliyyə aktivlərinə qadağa qoydu.
Bu haqda məlumatı “Royter” yayır.
İsveçrə iqtidarında bəyan edirlər ki, bu qərarı Belorusiyada seçkilərin saxtalaşdırılması nəticəsində baş verən qarışıqlıqlara cavab olaraq, verdilər.
Aleksandr Lukaşenko və oğlu Viktor Lukaşenko üçün İsveçrəyə giriş də qadağandır.
“İsveçrə Belorusiyada baş verən siyasi proseslərə görə çox narahatdır və iqtidarı vətəndaş ictimaiyyəti ilə razılaşmağa çağırır” – deyilir İsveçrə iqtidarının bəyanatında.
İsveçrə iqtidarı Belorusiyada etiraz aksiyalarında həbs edilən şəxslərin azad edilməsini və xüsusi xidmətlər tərəfindən aktivistlərin işgəncə edilməsi faktları ilə bağlı istintaqın aparılmasını tələb edir.