İsveçrə Aİ-nin Rusiyaya qarşı sanksiyalarını qəbul edəcək və onların aktivlərini donduracaq
İsveçrə Aİ-nin Rusiyaya qarşı sanksiyalarını qəbul edəcək və onların aktivlərini donduracaq. Bu barədə “Reuters” İsveçrənin hakimiyyət orqanlarına istinadən məlumat yayır.
“Rusiyanın Ukraynaya hərbi müdaxiləsinin davam etməsini nəzərə alaraq, Federal Şura fevralın 28-də Avropa İttifaqının 23 və 25 fevral tarixlərində tətbiq etdiyi sanksiyalar paketi haqqında qərar qəbul edib” -deyə hökumətin bəyanatında deyilir.
“Reuters”-in məlumatına görə, İsveçrə Rusiya prezidenti Vladimir Putin, baş nazir Mixail Mişustin və xarici işlər naziri Sergey Lavrova qarşı həmçinin maliyyə sanksiyaları qəbul edib və bu sanksiyalar dərhal qüvvəyə minəcək.
“İsveçrə Ukrayna və xalqı ilə həmrəy olduğunu bir daha təsdiqləyir” – deyə bəyanatda bildirilir.