İsveçli jurnalistlər Gürcüstanın turizm potensialı ilə tanış olublar
İsveçli jurnalistlər Gürcüstanın turizm potensialı ilə tanış olublar

Milli Turizm Administrasiyası İsveçin “Freedom Travel.se” onlayn səyahət jurnalının redaktorlarını və bloqçularını qəbul edib.

Nəşrin Skandinaviya ölkələrində 1,5 milyondan çox oxucusu var.

Tur Gürcüstanın İsveçdəki səfirliyinin iştirakı ilə baş tutub.

İsveç media nümayəndələri press-tur çərçivəsində Tbilisi, Mtsxeta, Telavi, Kazbegi, Uplistsixe, Borjomi və Batumidə olublar.

Xarici KİV nümayəndələri Gürcüstanın qastronomiyası, şərabı, macəra turizmi məhsulları, mədən kurortları və mədəniyyət turizmi ilə tanış olublar. Media nümayəndələri həm Freedom Travel.se oxucuları, həm də sosial şəbəkə istifadəçiləri üçün Gürcüstan haqqında məqalələr və bloqlar hazırlayacaqlar.

Məlumatı Milli Turizm Administrasiyası yayıb.