İsveçin səfiri - Saakaşvilinin səhhəti ilə bağlı Avropa İttifaqının 27 üzv dövləti tərəfindən razılaşdırılmış demarşı Gürcüstanın ədliyyə nazirinə təqdim etdik
İsveçin səfiri - Saakaşvilinin səhhəti ilə bağlı Avropa İttifaqının 27 üzv dövləti tərəfindən razılaşdırılmış demarşı Gürcüstanın ədliyyə nazirinə təqdim etdik

 
Mixeil Saakaşvilinin səhhətinin pisləşməsi ilə bağlı Avropa İttifaqının 27 üzv dövləti tərəfindən razılaşdırılmış demarşı dünən Gürcüstanın ədliyyə nazirinə təqdim etdik-bu barədə İsveç Krallığının Gürcüstandakı fövqəladə və səlahiyyətli səfiri Ulrik Tidestrom açıqlayıb

O, Avropa İttifaqının səfiri Pavel Herçinskinin ədliyyə naziri Rati Breqadze ilə görüşdən sonra artıq 27 üzv ölkə adından şərh verdiyini və heç nə əlavə etməyəcəyini bildirib.

“Dünən biz Avropa İttifaqının birgə demarşını Gürcüstanın ədliyyə nazirinə təqdim etdik. Bu demarş 27 üzv dövlət tərəfindən razılaşdırılıb. Biz bunu sabiq prezidentin səhhətinin pisləşməsi ilə bağlı məruzədən narahat olduğumuz üçün etdik. Dünənki demarşdan sonra Avropa İttifaqının səfiri 27 üzv dövlətin adından şərh verib və mən bundan artıq heç nə əlavə edə bilmərəm”- deyə İsveç səfiri açıqlayıb.

Avropa İttifaqının Gürcüstandakı səfiri Pavel Herçinski İsveçin səfiri ilə birlikdə dünən ədliyyə naziri Rati Breqadze ilə görüşüb. Pavel Herçinskinin görüşdən sonra açıqladığı üzrə Mixeil Saakaşvili ilə bağlı Avropa İttifaqının 27 üzv ölkəsi adından ədliyyə nazirinə demarşı təqdim edib.