İsveçin xarici işlər naziri vəzifəsindən istefa edir və siyasətdən gedir
İsveçin xarici işlər naziri vəzifəsindən istefa edir və siyasətdən gedir

İsveçin xarici işlər naziri vəzifəsindən istefa edir və siyasətdən gedir.

Bu barədə Tobias Billstrom özü sosial şəbəkədə yazıb.

Ölkənin baş naziri onun qərarı ilə bağlı artıq məlumatlandırılıb.

Tobias Billström qərar verməkdə çətinlik çəkdiyini və bir müddət ərzində bu barədə düşündüyünü bildirir.

“Mən son 25 ildə siyasətdə 10 il nazir vəzifəsi ilə yanaşı, çox müxtəlif rol oynamışam,” – Billstrom qeyd edib və vəzifədə olarkən nailiyyətlərdən biri kimi İsveçin NATO-ya daxil olmasını adlandırıb.

İsveçli nazir izah edib ki, o, siyasətdən tamamilə getməyi planlaşdırır, ona görə də deputat mandatını tərk edir.

“Bundan sonra nə edəcəyim hələ açıq sualdır. Amma mənim cəmi 50 yaşım var və mən öz töhfəmi vermək və başqa şəraitdə işləmək fürsətini səbirsizliklə gözləyirəm”, – Billstrom əlavə edib.