İsveçin xarici işlər naziri - Gürcüstan və Moldovanın suverenliyinə, ərazi bütövlüyünə dəstəyimiz sarsılmaz olaraq qalır
İsveçin xarici işlər naziri - Gürcüstan və Moldovanın suverenliyinə, ərazi bütövlüyünə dəstəyimiz sarsılmaz olaraq qalır

 

Gürcüstan və Moldovanın suverenliyinə, ərazi bütövlüyünə dəstəyimiz sarsılmaz olaraq qalır-bu barədə İsveçin xarici işlər naziri, Tobias Bilstrom ATƏT-in ministerialında çıxışı zamanı açıqlayıb.

Bununla yanaşı, Tobia Bilstrom bir daha Ukraynaya dəstəyini ifadə edib, Rusiyanın təcavüzünün nəticələrinin Ukraynanın sərhədlərindən kənara çıxdığını, regionda və bütün dünyada da ciddi nəticələrə səbəb olduğunu bildirib.

“Ukraynalılar, ölkələrini, ATƏT-in əsas prinsiplərini və ümumi təhlükəsizlik dayağını qorumaq üçün mübarizə aparırlar. Rusiyanın təcavüzü Ukraynanın sərhədlərindən kənarda da ciddi nəticələrə səbəb olub. Gürcüstan və Moldovanın suverenliyinə, ərazi bütövlüyünə dəstəyimiz sarsılmaz olaraq qalır”-deyə İsveçin xarici işlər naziri açıqlayıb.