İsveçin Baş Naziri - Bu tarixi gündür, birlik və həmrəylik NATO üzvü kimi İsveçin bələdçisi olacaq
İsveçin Baş Naziri - Bu tarixi gündür, birlik və həmrəylik NATO üzvü kimi İsveçin bələdçisi olacaq

 
İsveçin Baş naziri Ulf Kristerson ölkənin NATO-ya daxil olması ilə bağlı yekun sənədi Vaşinqtonda ABŞ hökumətinə təqdim edib. Sənədi təhvil verdikdən sonra İsveçin Baş naziri və ABŞ-ın dövlət katibi Entoni Blinken mətbuata açıqlama veriblər.

“Bu gün həqiqətən tarixi gündür. İsveç artıq NATO-nun üzvüdür. Biz təvazökarıq, ancaq fəxr edirik. Biz NATO-nun bütün müttəfiqlərinin yüksək gözləntilərini doğruldacağıq. Birlik və həmrəylik NATO üzvü kimi İsveçin bələdçisi olacaq. Biz digər müttəfiqlərlə yükləri, məsuliyyətləri və riskləri bölüşürük. Katib Blinkenin qeyd etdiyi kimi, bu gün azadlığın qələbəsidir. İsveç NATO-ya daxil olmaqla azad, demokratik, suveren və vahid seçim etdi”- İsveçin Baş naziri qeyd edib.

Eyni zamanda Ulf Kristerson bildirib ki, İkinci Dünya Müharibəsindən sonra regionda təhlükəsizlik vəziyyəti bu qədər ciddi olmayıb.

“Rusiya yaxın gələcəkdə Avro-Atlantik təhlükəsizliyə ciddi təhdid olaraq qalacaq. Ukrayna öz azadlığı üçün cəsarətlə mübarizə aparır, eyni zamanda Avropanın azadlığını müdafiə edir” – Ulf Kristerson bildirib.

İsveç rəsmi olaraq NATO-nun 32-ci üzvü oldu.