İsveç parlamentinin sədri - Rusiya işğalının insanların gündəlik həyatına etdiyi mənfi təsiri gözlərimizlə gördük
İsveç parlamentinin sədri - Rusiya işğalının insanların gündəlik həyatına etdiyi mənfi təsiri gözlərimizlə gördük

İsveç Gürcüstanın suverenliyini və ərazi bütövlüyünü dəstəkləyir, – bu barədə bəyanatı Gürcüstan parlamentinin sədri Arçil Talakvadze ilə görüşdən sonra keçirilən birgə brifinqdə İsveç Krallığı Parlamentinin sədri Andreas Norlen verdi.

Onun dediyinə görə, Rusiya işğalının insanların gündəlik həyatına verdiyi mənfi təsiri gözləri ilə görmək İsveç nümayəndə heyyətində ağır təəsürat yaratdı.

“Biz dünən Avropa Monitorinq Missiyası ilə bərabər işğal xəttinə getdik və gördüklərimiz, yəni işğalın təsiri bizdə çox ağır təəsürat yaratdı” – dedi İsveç parlamentinin sədri.