İsveç İranlı Həmid Nurinin ömürlük həbs cəzasını İranda həbs edilən iki İsveç vətəndaşı ilə dəyişdirib
İsveç İranlı Həmid Nurinin ömürlük həbs cəzasını İranda həbs edilən iki İsveç vətəndaşı ilə dəyişdirib

İsveç iranlı Həmid Nurinin ömürlük həbs cəzasını İranda saxlanılan iki İsveç vətəndaşı Yohan Floderus və Səid Əzizlə dəyişdirib. Onların hər ikisi ötən gecə İsveçə qayıdıblar.

İsveçin baş naziri Ulf Kristersonun sözlərinə görə, İran Həmid Nurini azad etmək üçün İsveç vətəndaşlarını kinli motivlərlə saxlayıb.

İranlı Həmid Nuri insanlığa qarşı cinayət törətdiyinə görə ömürlük həbs cəzası çəkirdi.