İsveç iqtidarı koronavirusun yayılmasının prevensiyası məqsədi ilə, tətbiq olunan məhdudiyyətləri sərtləşdirdi
İsveç iqtidarı koronavirusun yayılmasının prevensiyası məqsədi ilə, tətbiq olunan məhdudiyyətləri sərtləşdirdi.
Bu haqda məlumatı “Royter” agentliyi yayır.
“Normal həyata qayıtmaq qeyri-mümkündür. Pandemiya ölüm-qalım məsələsidir”, – dedi İsveçin baş naziri Stefan Leven.
İsveç pandemiya zamanı karantin elan etməyən yeganə Avropa ölkəsi idi və buna görə, dünyanın maraq mərkəzi olmuşdu. Ancaq son iki ay ərzində, İsveçdə koronavirus halları rekord sayda artmağa başladı.
Son 24 saat ərzində, İsveçdə koronavirusun – 9 654 yeni halı qeydə alınıb və 100 pasient həlak olub.
Ümumilikdə, ölkədə pandemiyadan həlak olanların sayı 7 993-dür.