İsveç Daxili İşlər Naziri - Gürcüstan, İsveç həbsxanalarında olan vətəndaşlarını vətənlərinə qaytarmağa hazırdır
Gürcüstan, İsveç həbsxanalarında olan vətəndaşlarını vətənlərinə qaytarmağa hazırdır – bu barədə bəyanatı İsveç medyasına Daxili İşlər Naziri Morqan İohanson verdi.
Corren.se yazır ki, razılaşma yaxın zamanda formalaşdırılacaq.
Nəşriyyat yazır ki, İsveç Daxili İşlər Naziri Morqan İohanson və onun gürcü həmkarı Giorgi Qaxarianın birgə bəyanatına görə, Tbilisi və Stokholm beynəlxalq cinayətlə mübarizə ilə bağlı əməkdaşlığı genişləndirəcək.