İstintaqla əməkdaşlıq etdiyi halda, "qanuni oğru aləmi"-nin üzvləri məsuliyyətdən azad ediləcəklər
Gürcüstanın Daxili İşlər Naziri Giorgi Qaxaria, bugün keçirdiyi iclas başa çatdıqdan sonra “oğru aləmi” ilə bağlı hazırlanan qanunvericilik dəyişikliklərini izah etdi.
Daxili İşlər Nazirinin dediyinə görə, kriminal mentalitet böyük risklər daşıyır və ölkənin inkişafına mane olur. Bənzər problemlərin prevensiyası vasitəsi ilə, Qaxaria gənclər arasında sağlam həyat tərzinin propaqandasını məsləhət görür.
“Onu da qeyd etməliyik ki, təşkil edilən cinayətlər ölkənin iqtisadiyyatının inkişafına da mane olur” – dedi Qaxaria.