İstintaq Xidmətinin əməkdaşları özgənin əmtəə nişanından qanunsuz istifadə etmə faktı ilə əlaqədar xarici ölkə vətəndaşını ifşa ediblər
İstintaq Xidmətinin əməkdaşları özgənin əmtəə nişanından qanunsuz istifadə etmə faktı ilə əlaqədar xarici ölkə vətəndaşını ifşa ediblər

 
Gürcüstanın Maliyyə Nazirliyinin İstintaq Xidmətinin əməkdaşları tərəfindən həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri və istintaq hərəkətləri nəticəsində, özgənin əmtəə nişanından qanunsuz istifadə etmə faktı ilə əlaqədar xarici ölkə vətəndaşı cinayət məsuliyyətinə cəlb edilib.

Təqsirləndirilən şəxsin Tbilisidə emalatxana qurduğu və muzdlu işçilər vasitəsilə xaricdən idxal etdiyi ucuz idman ayaqqabılarına “Nike” əmtəə nişanını vurduğu və sonra bu malları satdığı istintaqla müəyyən edilib.

İstintaq hərəkətləri nəticəsində, təqsirləndirilən şəxsə məxsus emalatxana və mağazadan satışa hazırlanmış 28 mindən artıq “Nike” əmtəə nişanı ilə qanunsuz markalanmış idman ayaqqabısı, eləcə də 61 563 ədəd “Nike” loqosu götürülüb.

İstintaq cəza olaraq 2 ilədək müddətə azadlıqdan məhrum etməni nəzərdə tutan Cinayət Məcəlləsinin 196-cı maddəsinin birinci hissəsi ilə aparılır.