İstintaq Xidmətində Türkiyənin Narkotiklərlə Mübarizə və Mütəşəkkil Cinayətkarlıq Beynəlxalq Akademiyasının nümayəndələri ilə görüş keçirilib
Gürcüstan Maliyyə Nazirliyinin İstintaq Xidmətində Türkiyə Respublikasının Narkotik və Mütəşəkkil Cinayətkarlıq Beynəlxalq Akademiyasının (TADOC) nümayəndələri ilə görüş keçirilib.
Görüşdə İstintaq Xidmətinin rəis müavinləri – Vaxtanq Paresişvili və Vaja Panozişvili, digər rəhbər şəxslərlə birlikdə Türkiyə Respublikasının Narkotik və Mütəşəkkil Cinayətkarlıq Beynəlxalq Akademiyasının rəhbəri Erdem Özler və Türkiyə Respublikası Milli Polis İdarəsinin (TNP) Xarici Əlaqələr Şöbəsinin Beynəlxalq Polis Hazırlığı İdarəsinin rəhbəri Özqan Onuru istintaq xidmətinin fəaliyyətinin xüsusiyyətləri və xidmətin səlahiyyət sahəsinə aid digər vacib məsələlərlə tanış ediblər.
Görüşdə tərəflər gələcək əməkdaşlığın konkret aspektləri barədə danışıblar və koordinasiyanın prioritet istiqamətlərini müəyyən ediblər. Türkiyə Respublikasının nümayəndələri Beynəlxalq Akademiyanın fəaliyyəti barədə ev sahiblərinə məlumat veriblər. Onlar Akademiyanın bir sıra maarifləndirici və hüquqi layihələr həyata keçirdiyini və bu sonuncu çərçivəsində istintaq xidməti əməkdaşlarının hazırlanması və kvalifikasiyanın yüksəldilməsi prosesinə dəstək verməyə hazır olduqlarını bildiriblər.
Məlumatı Gürcüstan Maliyyə Nazirliyinin İstintaq Xidməti yayır.