İstintaq Xidmətində ABŞ səfirliyinin Narkotiklərlə Mübarizə və Hüquq Mühafizə Orqanları ilə Əlaqələr Beynəlxalq Bürosunun direktoru ilə görüş keçirilib
Gürcüstanın Maliyyə Nazirliyinin İstintaq Xidmətinin rəhbəri Soso Ramişvili digər yüksək vəzifəli şəxslərlə birlikdə ABŞ səfirliyinin Narkotiklərlə Mübarizə və Hüquq Mühafizə Orqanları ilə Əlaqələr Beynəlxalq Bürosunun direktoru Sara Ruperti qəbul edib.
İstintaq Xidməti tərəfindən yayılmış məlumata əsasən görüşdə tərəflər agentliyin və INL-nin uzunmüddətli uğurlu və effektiv əməkdaşlığını müzakirə ediblər, bu əməkdaşlıq çərçivəsində də qurumun əməkdaşları maliyyə cinayətlərinə qarşı mübarizədə öz kvalifikasiyalarını yerli və ya beynəlxalq səviyyədə artırmaq, bu istiqamətdə ən yaxşı beynəlxalq təcrübələri bölüşmək və peşəkar əlaqələr qurmaq imkanına malikdirlər.
Görüşdə həmçinin istintaq xidməti sistemində son zamanlar həyata keçirilən mühüm struktur dəyişikliklərinə və bu baxımdan mövcud çağırışlara diqqət yetirilib.
Tərəflər əməkdaşlıq çərçivəsində əldə edilmiş nəticələri müsbət qiymətləndiriblər, maliyyə və iqtisadi cinayətlərə qarşı mübarizə sahəsində istintaq xidmətinin qarşılaşdığı peşə və ya texniki ehtiyacları müzakirə ediblər, qarşılıqlı əməkdaşlığın əhatə dairəsini genişləndirməyə və mövcud çağırışları birgə səylərlə dəf etməyə dair hazır olduqlarını ifadə ediblər.