İstintaq Xidməti yuyucu vasitələrin satışı zamanı başqasının əmtəə nişanından qanunsuz istifadə faktını müəyyən edib
İstintaq Xidməti yuyucu vasitələrin satışı zamanı başqasının əmtəə nişanından qanunsuz istifadə faktını müəyyən edib

 
Gürcüstanın Maliyyə Nazirliyinin İstintaq Xidmətinin əməkdaşları tərəfindən həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri və istintaq hərəkətləri nəticəsində külli miqdarda başqasının əmtəə nişanından qanunsuz istifadə faktına görə 1 nəfər təqsirləndirilən şəxs qismində məsuliyyətə cəlb edilib.

İstintaqla, təqsirləndirilən şəxsin qanunsuz maddi xeyir əldə etmək məqsədilə, Tbilisi və Rustavi şəhərlərində yerləşən ticarət obyektlərində “Ariel”, “Perwoll”, “Fairy”, “Alo”, “Domestos” və “Persil”in əmtəə nişanlarından qanunsuz olaraq istifadə etməklə keyfiyyətsiz və ucuz yuyucu vasitələri satdığı müəyyən edilib.

İstintaq tədbirləri nəticəsində 78 023 lari dəyərində, ümumilikdə 16 982 litr və 5 457 kiloqram başqasının əmtəə nişanının qanunsuz istifadə olunduğu məhsul götürülüb.

İstintaq Gürcüstan Cinayət Məcəlləsinin cəza olaraq 2 ilədək müddətə həbsi nəzərdə tutan 196-cı maddəsinin birinci hissəsi ilə aparılır.

Qeyd olunan cinayəti törətmiş digər şəxslərin müəyyən edilərək ifşa olunması istiqamətində müvafiq tədbirlər görülür.

Məlumatı Maliyyə Nazirliyinin İstintaq Xidmətinin mətbuat xidməti yayır.