İstintaq Xidməti yanvar ayında aksizsiz siqaretlərin saxlanması-daşınması-satılması ilə bağlı 18 faktı aşkar edib
İstintaq Xidməti yanvar ayında aksizsiz siqaretlərin saxlanması-daşınması-satılması ilə bağlı 18 faktı aşkar edib

 
Gürcüstanın Maliyyə Nazirliyinin İstintaq Xidmətinin əməkdaşları 2024-cü ilin yanvar ayında, Gürcüstan miqyasında həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri və istintaq hərəkətləri nəticəsində markalanmalı olan külli miqdarda aksizsiz malların, aksiz markası olmadan saxlanması-daşınması-satılması ilə bağlı 18 fakt aşkar ediblər. Faktla əlaqədar 20 nəfər təqsirləndirilən şəxs qismində məsuliyyətə cəlb edilib, onlardan 12-si saxlanılıb.
İstintaq hərəkətləri nəticəsində, cinayətdə iştirakının üstü açılan şəxslərdən satış üçün nəzərdə tutulmuş, ümumi bazar dəyəri 160.000 laridən artıq olan 27 870 qutu müxtəlif adlı aksizsiz siqaretlər götürülüb.
İstintaq Gürcüstan Cinayət Məcəlləsinin 6 ildən 8 ilədək müddətə həbs cəzasını nəzərdə tutan 200-cü maddəsi ilə aparılır.
Məlumatı Maliyyə Nazirliyinin İstintaq Xidməti yayır.