İstintaq Xidməti Xüsusi Penitensiar Xidmətin baş müfəttişini saxlayıb
İstintaq Xidməti Xüsusi Penitensiar Xidmətin baş müfəttişini saxlayıb

 
Zorakılıq, təhdid və məcburetmə faktları üzrə Xüsusi İstintaq Xidməti tərəfindən Xüsusi Penitensiar Xidmətin baş müfəttişi P.Q. saxlanılıb-məlumatı Xüsusi İstintaq Xidməti yayır.

Qurum tərəfindən verilmiş məlumatda, 2023-cü ilin oktyabr ayında sərxoş halda olan P.Q.-nin, Zestaponi şəhərində həyat yoldaşının iş yerinə getməsinin, onu avtomobilə mindirərək qısqanclıq zəminində ona qarşı fiziki zorakılıq törətməsinin istintaqla müəyyən edildiyi deyilir.

“Bundan sonra o, zərərçəkmişi avtomobili yandırmaqla və həyatına son qoymaqla təhdid edib. Həmin gün evə qayıdarkən P.Q. həyat yoldaşının istəyinə zidd olaraq fiziki güc tətbiq etməklə guya onu sakitləşdirmək üçün bir neç həb içirdib. İstintaqla təqsirləndirilən şəxsin yetkinlik yaşına çatmayan uşağın gözü qarşısında həyat yoldaşına qarşı zorakılıq törətdiyi də müəyyən edilib.

Xüsusi İstintaq Xidməti zərərçəkmiş qadının müraciətindən sonra dərhal istintaq başladıb və prokurorluqla əməkdaşlıqla hüquq-mühafizə orqanının əməkdaşını cinayətdə ifşa edən dəlillər tapılıb və məhkəmənin hökmü əsasında o saxlanılıb.

Hüquq-mühafizə orqanının əməkdaşı barəsində ittiham 48 saat ərzində təqdim olunacaq. Cinayət 3 ilə qədər müddətə həbs cəzasını nəzərdə tutur. Xüsusi İstintaq Xidməti iş üzrə istintaqı davam etdirir”- deyə qurumun məlumatında qeyd olunub.