İstintaq Xidməti tərəfindən cari ildə görülmüş istintaq tədbirləri nəticəsində reseptsiz dərman satışı həyata keçirən onlarla aptek aşkarlanıb
İstintaq Xidməti tərəfindən cari ildə görülmüş istintaq tədbirləri nəticəsində reseptsiz dərman satışı həyata keçirən onlarla aptek aşkarlanıb

 
Gürcüstan Maliyyə Nazirliyinin İstintaq Xidməti qanunu pozmaqla fəaliyyət göstərən dırnaq arası psixotrop aptekləri müəyyən etmək məqsədilə aktiv istintaq hərəkətlərini davam etdirir.

Maliyyə Nazirliyinin İstintaq Xidmətinin əməkdaşları tərəfindən 2023-cü ilin ötən dövründə həyata keçirilmiş kompleks tədbirlər nəticəsində Tbilisi, Acara, Sameqrelo, İmereti və Kaxeti bölgələrində qanun pozuntusu ilə fəaliyyət göstərən, müvafiq icazə və icazə şərtlərini pozmaqla, resept olmadan müxtəlif adda psixotrop və xüsusi nəzarət altında olan dərman vasitələrinin satışı ilə məşğul olan onlarla aptek müəyyən edilib.

Keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində külli miqdarda psixotrop dərman vasitələri, onların satışından əldə edilmiş pul vəsaiti, məlumatı özündə əks etdirən kompyuter avadanlığı və sənədlər götürülüb.

Qanunsuz sahibkarlıq fəaliyyəti ilə məşğul olma faktları üzrə aptek müəssisələrinin rəhbərləri, eləcə də orada çalışan, cinayət əməlində iştirak edən şəxslər də məsuliyyətə cəlb ediliblər.

Ümumilikdə 58 fiziki və 15 hüquqi şəxs barəsində cinayət təqibi aparılıb. Məhkəmənin qanuni qüvvə qazanmış hökmlərinə əsasən, onların bəzilərinə müəyyən müddətə əczaçılıq fəaliyyəti ilə məşğul olmaq qadağan edilib.

Bu əməl Gürcüstan Cinayət Məcəlləsinin 192-ci maddəsi ilə nəzərdə tutulub və cinayəti törədən 3 ildən 5 ilədək müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırılır.

Qeyd olunan cinayəti törətmiş şəxslərin müəyyən edilərək ifşa olunması istiqamətində müvafiq tədbirlər görülür.

Məlumatı Gürcüstan Maliyyə Nazirliyinin İstintaq Xidmətinin mətbuat xidməti yayır.