İstintaq Xidməti tərəfindən gömrük sərhədində xüsusilə külli miqdarda malın qanunsuz olaraq keçirilməsi faktı üzrə 1 nəfər saxlanılıb
İstintaq Xidməti tərəfindən gömrük sərhədində xüsusilə külli miqdarda malın qanunsuz olaraq keçirilməsi faktı üzrə 1 nəfər saxlanılıb

 
Gürcüstanın Maliyyə Nazirliyinin İstintaq Xidməti Gəlirlər Xidmətinin Gömrük İdarəsinin əməkdaşları ilə razılaşdıraraq həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri və istintaq hərəkətləri nəticəsində Gürcüstanın gömrük sərhədində xüsusilə külli miqdarda malın gömrük qaydalarını pozaraq keçirilməsi faktını aşkar edib, fakt üzrə bir nəfər saxlanılıb.

İstintaqla müəyyən edilib ki, Gürcüstan vətəndaşı “Sadaxlo avtomobil” gömrük-keçid məntəqəsindən keçməklə idarə etdiyi avtomobilin salonunda xüsusi qurulmuş gizli yerdə, gömrük nəzarətindən gizli şəkildə Gürcüstanın gömrük sərhədinə gömrük dəyəri 216 758 lari olan 1,735 qram qızıl-zinət əşyaları keçirib.

İş üzrə istintaq Gürcüstan Cinayət Məcəlləsinin 214-cü maddəsinin ikinci hissəsi ilə davam etdirilir, bu da cəza olaraq 5 ildən 7 ilədək müddətə həbs cəzasını nəzərdə tutur.

Məlumatı Gürcüstanın Maliyyə Nazirliyinin İstintaq Xidmətinin mətbuat xidməti yayır.