İstintaq Xidməti Tbilisidə mümkün cinayətkar zəng mərkəzini aşkarlayıb
İstintaq Xidməti Tbilisidə mümkün cinayətkar zəng mərkəzini aşkarlayıb

 
İstintaq Xidməti Tbilisidə fəaliyyət göstərən dırnaq arası mümkün cinayətkar zəng mərkəzini aşkarlayıb-bu barədə Gürcüstanın Maliyyə Nazirliyinin İstintaq Xidməti məlumat yayır.

“Gürcüstanın Maliyyə Nazirliyinin İstintaq Xidməti dırnaq arası fırıldaqçı zəng mərkəzlərini aşkar etmək üçün aktiv şəkildə işləməyə davam edir.

Qurum əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri və istintaq hərəkətləri nəticəsində cari ilin sentyabrın 1-də Tbilisidə fəaliyyət göstərən dırnaq arası mümkün cinayətkar zəng mərkəzi aşkarlanıb, adı çəkilən qurum ofisində işləyən 20-yə qədər işçi vasitəsilə şübhəli fəaliyyətlər həyata keçirirmiş. Ofisdə həyata keçirilən istintaq hərəkətləri nəticəsində külli miqdarda məlumat daşıyan elektron cihazlar, o cümlədən kompüter avadanlığı götürülüb. Həmçinin, “Zəng mərkəzi”nin rəhbərlərinin bank hesablarına və daşınmaz əmlaklarına həbs qoyulub.

İstintaq Gürcüstan Cinayət Məcəlləsinin 6 ildən 9 ilə qədər həbsi nəzərdə tutan 180, 194 və 218-ci maddələri ilə davam etdirilir” – deyə İstintaq Xidmətinin məlumatında deyilir.