İstintaq Xidməti "Sarpi" gömrük-keçid məntəqəsində külli miqdarda bəyan edilməmiş malların gətirilməsinə dair iki fakt aşkarlayıb
İstintaq Xidməti "Sarpi" gömrük-keçid məntəqəsində külli miqdarda bəyan edilməmiş malların gətirilməsinə dair iki fakt aşkarlayıb

 
Gürcüstan Maliyyə Nazirliyinin İstintaq Xidmətinin əməkdaşları Gəlirlər Xidmətinin Gömrük Şöbəsinin nümayəndələri ilə əlaqələndirilmiş şəkildə həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri və istintaq hərəkətləri nəticəsində “Sarpi” gömrük-keçid məntəqəsində, Gürcüstanın gömrük sərhədində bəyan edilməmiş müxtəlif növ malların daxil edilməsinə dair iki fakt aşkarlayıblar. Məlumatı İstintaq Xidməti yayır.

İdarədən verilən məlumata əsasən, istintaq zamanı müəyyən edilib ki, bir halda Azərbaycan vətəndaşı Türkiyə Respublikasından Gürcüstana gömrük nəzarətindən gizli şəkildə ümumi dəyəri 15 762 lari olan 12 adda dərman preparatını, ikinci halda isə Gürcüstan vətəndaşı Türkiyə Respublikasından gizli şəkildə təxminən 56.000 lari dəyərində qızıl-zinət əşyaları gətirib.

Məsələ ilə əlaqədar Gürcüstan Cinayət Məcəlləsinin 214-cü maddəsinin birinci və ikinci hissələri ilə istintaq aparılır, bu isə cəza olaraq 5 ildən 7 ilədək azadlıqdan məhrum etməni nəzərdə tutur.