İstintaq Xidməti saxta vergi sənədləri hazırlama-istifadə və dələduzluq yoluyla külli miqdarda maddi ziyan vurma faktı üzrə bir qrup şəxsi ifşa edib
İstintaq Xidməti saxta vergi sənədləri hazırlama-istifadə və dələduzluq yoluyla külli miqdarda maddi ziyan vurma faktı üzrə bir qrup şəxsi ifşa edib

 

Gürcüstanın Maliyyə Nazirliyinin İstintaq Xidmətinin əməkdaşları tərəfindən Kvemo Kartli Prokurorluğu ilə koordinasiyalı şəkildə həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri və istintaq hərəkətləri nəticəsində, bir qrup şəxs tərəfindən saxta vergi sənədləri hazırlama-istifadə və dələduzluq yoluyla külli miqdarda maddi ziyan vurma faktı üzrə 5 şəxslə bağlı cinayət təqibi başladılıb. Məlumatı Maliyyə Nazirliyinin İstintaq Xidməti yayır.

İstintaqla təqsirləndirilən şəxslər tərəfindən iki saxta şirkət yaradıldığı, bu şirkətlərdən istifadə etməklə müqəssirlərin idarə etdikləri müəssisələrə guya işlərin görülməsi haqqında 8 ədəd saxta hesab-faktura tərtib etdikləri, bu yolla onların 103469 lari dəyərində saxta ƏDV aktivi yaratdıqları və daha sonra istifadə etdikləri müəyyən edilib. Dövlətə dəymiş ziyanın qarşılanması istiqamətində müvafiq prosedurlar həyata keçirilir.

İstintaq Gürcüstan Cinayət Məcəlləsinin 210 və 185-ci maddələri ilə aparılır, bu da cəza olaraq dörd ildən yeddi ilədək müddətə həbs cəzasını nəzərdə tutur.