İstintaq Xidməti saxta sənədlərlə dövlət əmlakının dələduzluq yoluyla mənimsənilməsi və səlahiyyətlərə yönəlik biganəlik faktı üzrə 5 nəfər barəsində hüquqi təqib başladıb
Gürcüstan Maliyyə Nazirliyinin İstintaq Xidmətinin əməkdaşları həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri və istintaq hərəkətləri nəticəsində, saxta rəsmi sənədlərin hazırlanması və istifadəsi yoluyla, külli miqdarda dövlət əmlakının dələduzluq yoluyla mənimsənilməsi və səlahiyyətlərə yönəlik biganəlik faktı üzrə biri keçmiş dövlət qulluqçusu olmaqla beş nəfərə qarşı cinayət təqibi başladıblar.
İstintaq xidmətinin məlumatında 2021-ci ildə Mtsxeta-Mtianeti bölgəsində, saxta sənədlərdən istifadə etməklə, yalançı şahidlərin köməyi və munisipalitet işçisinin xidməti vəzifələrini lazımınca yerinə yetirməməsi nəticəsində, təqsirləndirilən şəxsin 689 763 lari dəyərində, sahəsi 4180 m2 olan 2 torpaq sahəsini dələduzluq yoluyla qeydiyyata alması faktının istintaqla müəyyən edildiyi deyilir.
“Həmçinin, təqsirləndirilən şəxs tərəfindən saxta sənədlərdən istifadə yoluyla, əlavə olaraq 499 556 lari dəyərində, sahəsi 6 387 m2 olan 2 torpaq sahəsinin qeydiyyata salınmasına cəhd faktı qeydə alınıb, istintaq hərəkətlərinin operativ və səmərəli həyata keçirilməsi nəticəsində bunun qarşısı alınıb. Gürcüstan Cinayət Məcəlləsinin 362-ci, 180-ci və 342-ci maddələri ilə istintaq davam etdirilir, bu cəza olaraq 6 ildən 9 ilədək müddətə azadlıqdan məhrumetməni nəzərdə tutur” -deyə istintaq xidmətində açıqlayırlar.