İstintaq Xidməti rüşvət alma faktları üzrə Milli Meşə Agentliyinin iki əməkdaşını saxlayıb
İstintaq Xidməti rüşvət alma faktları üzrə Milli Meşə Agentliyinin iki əməkdaşını saxlayıb

 

Gürcüstanın Maliyyə Nazirliyinin İstintaq Xidmətinin əməkdaşları iki cinayət işi çərçivəsində həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri və istintaq hərəkətləri nəticəsində 2023-cü ilin aprel ayında, rüşvət alma faktları üzrə Milli Meşə Agentliyinin İmereti və Samtsxe-Cavaxeti meşə xidmətinin iki əməkdaşını saxlayıblar.

İstintaq Xidmətindən verilmiş məlumata əsasən təqsirləndirilən şəxslərin onların nəzarətində olan meşə sahələrindən qanunsuz maddi gəlir əldə etmək məqsədilə torpağın münbit qatının çıxarılması və daşınması müqabilində vətəndaşlardan rüşvət tələb etdikləri və aldıqları müəyyən edilib, bu zaman onlar ifşa olunublar.

“Bəhs edilən işlərlə əlaqədar istintaq Gürcüstan Cinayət Məcəlləsinin 338-ci maddəsinin birinci hissəsi ilə aparılır, bu da cəza olaraq altı ildən doqquz ilədək həbs cəzasını nəzərdə tutur.

Gürcüstanın Ətraf Mühitin Mühafizəsi və Kənd Təsərrüfatı Nazirliyi ilə koordinasiya ilə qeyd olunan cinayətdə iştirak edən digər şəxslərin müəyyən edilərək ifşası istiqamətində müvafiq tədbirlər həyata keçirilir”-deyə İstintaq Xidmətində açıqlayıblar.