Maliyyə Nazirliyinin İstintaq Xidməti əməkdaşları aparılan operativ-istintaq tədbirləri nəticəsində, rüşvət alma faktı üzrə, Qardabani munisipalitetinin müəssisələrin direktorundan birini yaxaladılar. Məlumatı Maliyyə Nazirliyinin İstintaq Xidməti yayır.
İstintaqla müəyyən olundu ki, müttəhim, şəxsi maddi faydanın alınması məqsədilə, vəzifə nüfuzundan istifadə edərək, Qardabani munisipalitetinin inzibati sərhədinə düşən dövlət mülkiyyətində 4 630 kvadratmetr torpaq sahəsinə, icarə/privatizasiya ilə bağlı müsbət cavabın alınması müqabilində, vətəndaşlardan birindən rüşvət şəklində 10 000 lari tələb etdi və aldı.
İstintaq Gürcüstan Cinayət Məcəlləsinin 338-ci maddənin birinci hissəsi ilə aparılır. Maddə altıdan doqquz ilədək azadlıqdan məhrum etməni nəzərdə tutur.