İstintaq Xidməti müəyyən vəsait qarşılığında vətəndaşları peyvənd olunmuş şəxs kimi qeydiyyata alan tibb bacısını saxlayıb
Maliyyə Nazirliyinin İstintaq xidmətinin əməkdaşları vəzifə səlahiyyətlərindən sui-istifadə və kommersiya rüşvətxorluğu faktı ilə əlaqədar tibb müəssisəsinin tibb bacısını saxlayıblar.
Belə ki, idarədən verilən açıqlamaya əsasən, Gürcüstan Maliyyə Nazirliyinin İstintaq Xidmətinin əməkdaşları tərəfindən həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri və istintaq hərəkətləri nəticəsində, Sameqrelo bölgəsində xidməti vəzifələrini yerinə yetirərkən maraqlanan vətəndaşları, klinikaya getmədən İmmunizasiyanın İdarə Edilməsi üzrə elektron modulda peyvənd olunmuş şəxs kimi qeydiyyata salan və bunun müqabilində onlardan xeyir götürmək məqsədilə, müəyyən vəsait alan tibb müəssisəsinin tibb bacısı saxlanılıb.
“Artıq 15 vətəndaşın cinayətdə iştirakı ifşalanıb, onlar öz növbələrində təqsirləndirilən şəxsə 300 lariyə qədər pul ödəniş etmə müqabilində qanun pozuntusu ilə peyvənd olunmuş şəxs kimi qeydiyyata alınıblar.
İlkin məlumatlara görə, qeyd olunan cinayət yolu ilə İmmunizasiyanın İdarə Edilməsi üzrə elektron modulda onlarla əlavə şəxs qeydiyyata alınıb və onların müəyyən edilərək, ifşa olunması istiqamətində müvafiq tədbirlər görülür.
Məsələ üzrə Gürcüstan Cinayət Məcəlləsinin 220 və 221-ci maddələri ilə istintaq davam etdirilir, bu cəza olaraq 3 ildən 5 ilədək müddətə azadlıqdan məhrum etməni nəzərdə tutur”-deyə məlumatda deyilir.