İstintaq Xidməti - Müəllif Hüquqları Assosiasiyasının sədri tərəfindən müəllif-ifaçılara məxsus külli miqdarda vəsaitin mümkün mənimsənilməsi faktı üzrə istintaq aparılır
Maliyyə Nazirliyinin İstintaq Xidmətinin İstintaq İdarəsində Gürcüstanın Müəllif Hüquqları Assosiasiyasının sədri tərəfindən müəllif-ifaçılara məxsus külli miqdarda vəsaitin mümkün mənimsənilməsi faktı ilə bağlı istintaq aparılır. Bununla bağlı İstintaq Xidməti bəyanat yayır.
“İstintaq Xidmətinin İstintaq İdarəsində müəllif-ifaçıların kollektiv müraciəti əsasında Gürcüstanın Müəllif Hüquqları Assosiasiyasının sədri tərəfindən müəllif-ifaçılara məxsus külli miqdarda vəsaitin mümkün mənimsənilməsi faktı (Gürcüstan Mülki Məcəlləsinin 182-ci maddəsinin üçüncü hissəsi) ilə bağlı istintaq aparılır.
Məsələnin aydınlaşdırılması üçün zəruri olan faktiki halların müəyyən edilməsi məqsədilə müvafiq istintaq hərəkətləri davam etdirilir.
İstintaq Xidməti ictimaiyyətin yüksək marağını nəzərə alaraq, istintaqın gedişatı və nəticələri barədə ictimaiyyətə vaxtaşırı məlumat verəcək”- deyə bəyanatda qeyd olunub.