İstintaq Xidməti insan sağlamlığı üçün təhlükəli şokolad məhsullarının satışı faktı üzrə iki nəfəri ifşa edib
Gürcüstan Maliyyə Nazirliyinin İstintaq Xidmətinin əməkdaşları tərəfindən, Gəlirlər Xidmətinin Gömrük Departamentinin nümayəndələri ilə koordinasiya yolu ilə, insan sağlamlığı üçün təhlükəli məhsulun satışı və qrup şəklində gömrük bəyannaməsinə yanlış məlumatlar daxil edilməklə Gürcüstanın gömrük sərhədində xüsusilə külli miqdarda bəyan edilməmiş daşınar malların keçirilməsi faktına görə iki nəfər məsuliyyətə cəlb edilib.
İstintaq Xidmətinin yaydığı məlumatda qeyd olunduğu üzrə, istintaqla təqsirləndirilən şəxslərin qanunsuz maddi xeyir əldə etmək məqsədi ilə müxtəlif adlarda saxlama müddəti ötmüş şokoladın üzərinə yeni istifadə müddətini göstərən stikerlər yapışdıraraq, bundan sonra da onu Tbilisinin ticarət şəbəkəsində satdıqları müəyyən edilib.
“İstintaq hərəkətləri nəticəsində təqsirləndirilən şəxslərin satdıqları saxlama müddəti ötmüş, tərkibində insan sağlamlığı üçün təhlükəli mikroorqanizmlər olan külli miqdarda şokolad ticarət obyektlərindən götürülüb. Yuxarıda qeyd olunanlarla yanaşı, müəyyən edilib ki, təqsirləndirilən şəxslər gömrük bəyannaməsinə saxta məlumatlar daxil etməklə, gömrük-keçid məntəqəsindən keçməklə Gürcüstan ərazisinə yük avtomobili ilə gömrük dəyəri təxminən 85 000 lari olan müxtəlif adda bəyan edilməmiş ərzaq məhsullarını keçiriblər və həmin mallar da istintaq hərəkətlərinin nəticəsində ələ keçirilib.
Bu əməl Gürcüstan Cinayət Məcəlləsinin 198 və 214-cü maddələrində nəzərdə tutulub, bu da cəza olaraq 8 ildən 11 ilədək müddətə azadlıqdan məhrumetməni nəzərdə tutur” – deyə məlumatda deyilir.