İstintaq Xidməti qanunsuz sahibkarlıq fəaliyyəti ilə bağlı faktları müəyyən edib
Gürcüstan Maliyyə Nazirliyinin İstintaq Xidmətinin əməkdaşları həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri və istintaq hərəkətləri nəticəsində, Acara və Sameqrelo bölgəsində müvafiq icazə olmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olma ilə əlaqədar 3 faktı aşkarlayıblar, bununla əlaqədar 4 nəfər məsuliyyətə cəlb olunub, onlardan biri saxlanılıb.
Bu barədə məlumatı Gürcüstanın Maliyyə Nazirliyinin İstintaq Xidməti yayır.
“İstintaqla təqsirləndirilən şəxslər tərəfindən üç müxtəlif lokasiyada oyun biznesi obyektləri qurulduğu, müvafiq məcburi icazə olmadan, internet vasitəsilə Gürcüstandan kənarda fəaliyyət göstərən internet kazinoların saytlarına loto oynama prosesinin ötürüldüyü müəyyən edilib. Obyektlərin qanuni fəaliyyət göstərməsi halında dövlət büdcəsinə icazə haqqı olaraq təxminən 300 000 larinin daxil edilməsi gərəkdiyi müəyyən edilib. İstintaq Gürcüstan Cinayət Məcəlləsinin cəza olaraq 3 ildən 5 ilədək müddətə azadlıqdan məhrumetməni nəzərdə tutan 192-ci maddəsinin birinci və ikinci hissələri ilə aparılır” – deyə məlumatda deyilir.